Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
9 Oktyabr , 2019 06:33
Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Mexikonun mərkəzində, Roma ərazisində, İnsurhentes prospektində baş verib. Polis bildirib ki, taksi sürücüsü yol hərəkət qaydalarını pozaraq avtobuslar üçün ayrılmış xəttə çıxıb. Nəticəsə taksi ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində azı 14 nəfər xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün prokurorluğa aparılıb. 

Son xəbərlər

Orphus sistemi