Meksikada qonaqlıq atəşə tutulub: 13 nəfər ölüb, 4 nəfər yaralanıb

Meksikada qonaqlıq atəşə tutulub: 13 nəfər ölüb, 4 nəfər yaralanıb Meksikanın cənub-şərqində yerləşən Verakrus əyalətinin Minatitlan şəhərində bir qrup naməlum şəxsin ziyafət iştirakçılarına açdığı atəş nəticəsində biri uşaq olmaqla 13 nəfər ölüb, 4 nəfər yaralanıb.
Digər ölkələr
20 Aprel , 2019 14:47
Meksikada qonaqlıq atəşə tutulub: 13 nəfər ölüb, 4 nəfər yaralanıb

Meksikanın cənub-şərqində yerləşən Verakrus əyalətinin Minatitlan şəhərində bir qrup naməlum şəxsin ziyafət iştirakçılarına açdığı atəş nəticəsində biri uşaq olmaqla 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “France Presse”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümyəndəsi bildirib.

Qeyd olunub ki, hadisə ailəvi qonaqlıq zamanı baş verib. Naməlum silahlı şəxslər tədbirə gələrək evin sahibi ilə görüşmək istədiklərini söyləyiblər. Sonra oradakı insanlara atəş açıblar. Açılan atəş nəticəsində 7 kişi, 5 qadın və 1 uşaq ölüb.

Cinayətin motivi məlum deyil. Araşdırma aparılır.

Verakrus əyaləti Meksikanın təhlükəli bölgələrindən sayılır. Məlumata görə, 2017-ci ildə 31,2 min nəfər müxtəlif cinayətlərin qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi