Meksikada pirotexniki vasitələr partlayıb, ölənlər və xəsarət alanlar var

Meksikada pirotexniki vasitələr partlayıb, ölənlər və xəsarət alanlar var Bakı. 6 iyun. REPORT.AZ/ Meksikada pirotexniki vasitələr partlayıb.
Digər ölkələr
6 İyun , 2018 22:59
Meksikada pirotexniki vasitələr partlayıb, ölənlər və xəsarət alanlar var

Bakı. 6 iyun. REPORT.AZ/ Meksikada pirotexniki vasitələr partlayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Tultepek şəhərində baş verib. Partlayış zamanı 7 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Mexiko ştatının Mülki Müdafiə qüvvələrinin baş koordinatoru Artur Vilçis Eskivel "Foro TV" telekanalının efirində bildirib ki, partlayış 23 evə və 12 avtomobilə ziyan vurub. Hazırda hadisə yerində dağıntıların təmizlənməsi davam etdirilir.

Partlayışın səbəbi hələ məlum deyil. 

Son xəbərlər

Orphus sistemi