Yuxarı

Meksikada mikroavtobusda 9 insan cəsədi aşkarlanıb

Meksikada mikroavtobusda 9 insan cəsədi aşkarlanıb
© Today

Bakı. 15 yanvar. REPORT.AZ/ Meksika polisi Xalapa şəhərindəki küçələrdən birində atılmış mikroavtobusda qətlə yetirilmiş 9 nəfərin cəsədini aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə TASS Meksika mətbuatına istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, cəsədlərdən əlavə mikroavtobusda regionun İctimai Təhlükəsizlik Nazirliyi rəhbərliyinin ünvanına təhdid dolu müraciət də aşkarlanıb.

Kütləvi divantutmanın təşkilatçıları haqqında informasiya yoxdur. Öldürülənlərin şəxsiyyəti araşdırılır.

Qeyd edək ki, ölkənin cənub-şərqindəki Verakrus ştatı ən təhlükəli regiona çevrilib. İctimai Təhlükəsizlik Milli Sistemi bildirib ki, 2011-ci ilin dekabrından 2017-ci ilin oktyabrına kimi 1,5 min qəsdən adamöldürmə cinayəti törədilib. Cinayətlərin əksəriyyəti ərazidə fəaliyyət göstərən narkoticarətçi qruplaşmalarla bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi