​Meksikada həftə ərzində 100-ə yaxın insan qripdən ölüb

​Meksikada həftə ərzində 100-ə yaxın insan qripdən ölüb Ötən ilin oktyabrından ölənlərin sayı isə 277 nəfərə çatıb
Digər ölkələr
19 Mart , 2016 04:54
​Meksikada həftə ərzində 100-ə yaxın insan qripdən ölüb

Bakı. 19 mart. REPORT.AZ/ Meksikada həftə ərzində qrip xəstəliyindən ölənlərin sayı 95 nəfər təşkil edib. 2015-ci ilin oktyabrından bu yana ölənlərin ümumi sayı isə 277 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Latın Amerikası ölkəsinin Səhiyyə Nazirliyinin Baş Epidemiologiya İdarəsi məlumat yayıb.

Meksikada ümumilikdə 7,2 min müxtəlif qrip viruslarına yoluxma halı qeydə alınıb.

204 halda ölüm hadisəsi "donuz qripi"nə yoluxma A (H1N1) nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi