Yuxarı

Meksikada güllələnmiş 12 nəfərin meyiti aşkarlandı

​Meksikada güllələnmiş 12 nəfərin meyiti aşkarlandı

Meksikanın cənub-qərbində, Miçoakan və Herrero ştatlarını birləşdirən yolda avtomobildə odlu silahdan açılan atəşlə öldürülən 12 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Terrero Prietoya tərəf gedən yolda 12 meyitin aşkarlanmasından sonra Müdafiə Nazirliyi və Milli Qvardiya ilə əlaqəli şəkildə Uetamo bələdiyyəsində operativ hərəkətləri gücləndirdik", - Miçoakan ştatının İctimai Təhlükəsizlik Nazirliyinin xəbərində deyilir.

KİV-in məlumatına görə, avtomobilin yük yerində güllələnmiş insanların tanınmaz hala düşən meyitləri ilə birlikdə karton parçasında iki silahlı qruplaşma arasındakı müharibə haqqında yazılmış xəbərdarlıq da aşkarlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi