Meksikada bu il cinayətkar qruplar 11 mindən çox sakini öldürüb

Meksikada bu il cinayətkar qruplar 11 mindən çox sakini öldürüb Bakı. 25 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvarından iyununadək Meksikada mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən ölkə ərazisində 11,2 min nəfərdən çox şəxs öldürülüb.
Digər ölkələr
25 İyul , 2018 03:09

Bakı. 25 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvarından iyununadək Meksikada mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən ölkə ərazisində 11,2 min nəfərdən çox şəxs  öldürülüb. 

"Report" un TASS-a istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur. 

Sonuncu dəfə  İctimai rəy, statistika və coğrafiya milli institutu tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, meksikalıların təxminən 75% -i ölkəsində özlərini rahat və təhlükəsiz hiss etmirlər.  Qeyd edək ki, bu Latın Amerikası ölkəsində 127 milyondan çox insan yaşayır.

Son xəbərlər

Orphus sistemi