Meksikada baş vermiş yol qəzasında 50 nəfər xəsarət alıb

Meksikada baş vermiş yol qəzasında 50 nəfər xəsarət alıb Hadisənin başvermə səbəbləri açıqlanmır
Digər ölkələr
27 Dekabr , 2016 01:31
Meksikada baş vermiş yol qəzasında 50 nəfər xəsarət alıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Meksikanın şərqindəki Verakrus ştatında baş vermiş yol qəzasında 50 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzetinin elektron versiyası məlumat yayıb.

Məlumata görə, hadisə üç yük maşınının turis avtobusu ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı ölən olmayıb.

Bütün yaralılara zəruri yardımlar göstərilib. Xəsarət alanların vəziyyətinin ağır olmadığı bildirilir. Onlardan biri xəstəxanaya yerləşdirilib. 

Hadisənin başvermə səbəbləri açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi