Yuxarı

Meksikada avtovağzala hücum zamanı 6 nəfər öldürülüb

​Meksikada avtovağzala hücum edilib, ölənlər var

Meksikada avtovağzala silahlı hücum olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Morelos ştatında, "Estrelya de oro" avtobus terminalında baş verib.

İlkin məlumata görə, hücum həmin vaxt stansiyada olan bir neçə şəxsə qarşı yönəldilib. Hadisə nəticəsində 6 nəfər həlak olub.

Ştatın Polis İdarəsi, Meksikanın Milli Qvardiyası və Ordusu, habelə kriminal polis faktla bağlı təhqiqat aparır. 

Qeyd edək ki, son həftə Morelos ştatında 17 qəsdən adamöldürmə hadisəsi qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi