Bakı. 30 mart. REPORT.AZ/ Meksikada avtobus yaşayış evinə çırpılıb.
"Report"un məlumatına görə, bu barədə "Universal" qəzetinin elektron versiyası xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Mexiko ştatında qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Məlumata görə, hadisə zamanı avtobusda 40 sərnişin olub. Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.
Bildirilir ki, nəqliyyat vasitəsinin əyləci sıradan çıxıb. Bu səbəbdən də sürücü avtobusu saxlaya bilməyib. Avtomobil həmçinin 9 minik avtomobilini də əzib.