Meksikada avtobus yaşayış evinə çırpılıb

Meksikada avtobus yaşayış evinə çırpılıb Bakı. 30 mart. REPORT.AZ/ Meksikada avtobus yaşayış evinə çırpılıb.
Digər ölkələr
3471
30 Mart , 2018 04:35
Meksikada avtobus yaşayış evinə çırpılıb

Bakı. 30 mart. REPORT.AZ/ Meksikada avtobus yaşayış evinə çırpılıb.

"Report"un məlumatına görə, bu barədə "Universal" qəzetinin elektron versiyası xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Mexiko ştatında qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hadisə zamanı avtobusda 40 sərnişin olub. Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. 

Bildirilir ki, nəqliyyat vasitəsinin əyləci sıradan çıxıb. Bu səbəbdən də sürücü avtobusu saxlaya bilməyib. Avtomobil həmçinin 9 minik avtomobilini də əzib.

Orphus sistemi