Yuxarı

Meksikada atışma zamanı 1 nəfər ölüb, 11-i yaralanıb - VİDEO

​Meksikada atışma zamanı 1 nəfər ölüb, 11-i yaralanıb

Meksikanın Kintana-Roo ştatının Playya-del-Karmen kurort şəhərində yerləşən barlardan birində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, azı daha 11 nəfər isə ciddi xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğuna istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında iki silahlı şəxs barlardan birinin müştərilərini atəşə tutub. Hadisə yerinə polis, ordu və dəniz piyadası bölmələri cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi