Meksikada 1358 nəfər bayram mərasimində zəhərlənib

Meksikada 1358 nəfər bayram mərasimində zəhərlənib Meksikanın Verakrus ştatında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Digər ölkələr
3 May , 2019 03:44
Meksikada 1358 nəfər bayram mərasimində zəhərlənib

Meksikanın Verakrus ştatında kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Uşaqlar Günü münasibətilə keçirilən mərasimdə 1358 nəfər zəhərlənib. Onlar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, onlar arasında hamilə qadınlar və uşaqlar da var. Zərərçəkənlərin bəziləri tibbi yardımdan sonra xəstəxanalardan evə buraxılıblar.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparır.

Məlumata görə, analoji hadisə Uşaqlar Günündə Herrero ştatında da baş verib. Ştatda 200-ə yaxın uşaq zəhərlənib. 

Daha əvvəl Meksikanın paytaxtı Mexiko şəhərində metronun Çabakano stansiyasında partlayış baş verib. 

Son xəbərlər

Orphus sistemi