Yuxarı

Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd tapılıb

​Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd tapılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Meksika polisi ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 meyit aşkar edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" nəşri məlumat yayıb.

Yandırılmış vəziyyətdə olan cəsədlərin narkotik alverçiləri arasında baş vermiş münaqişə nəticəsində öldürülən şəxslərə aid olduğu ehtimal edilir. Meyitlər Migel Aleman sərhəd şəhəri yaxınlığında yandırılmış 7 avtomobildən tapılıb.

Daha əvvəl Meksikada bara hücum nəticəsində 6 nəfər öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi