Meksikada bara hücum olub, ölənlər var

Meksikada bara hücum olub, ölənlər var Bakı. 7 yanvar. REPORT.AZ/ Meksikanın Quintana Roo ştatındakı Playa del Karmen kurort şəhərində naməlum şəxslər bara hücum ediblər.
Digər ölkələr
7 Yanvar , 2019 13:47
Meksikada bara hücum olub, ölənlər var

Bakı. 7 yanvar. REPORT.AZ/ Meksikanın Quintana Roo ştatındakı Playa del Karmen kurort şəhərində naməlum şəxslər bara hücum ediblər.

“Report” “vaaju.com”a istinadən xəbər verir ki, təqribən 40 müştərinin olduğu bara 4 naməlum şəxsin daxil olaraq ətrafa atəş açıb. Nəticədə 6 nəfərin öldüyü bildirilir. Daha bir nəfər də yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

Hadisəni törədən şəxslər avtomobilə minib uzaqlaşıblar. 

Hadisə yerinə bələdiyyə polisi əməkdaşları və tibb işçiləri cəlb ediliblər. Araşdırma aparılır.

Hadisə barədə məlumat verən yerli bələdiyyənin İctimai Təhlükəsizlik Komitəsi səbəblər barədə heç nə deməyib.

Son xəbərlər

Orphus sistemi