Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb - FOTO

Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb - FOTO ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.
Digər ölkələr
19 Sentyabr , 2019 06:57

ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün "Twitter"dəki səhifəsində yazıb.

"Bu gün Səudiyyə Ərəbistanının neft infrastrukturuna görünməmiş hücumları müzakirə etmək üçün Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salmanla görüşdüm", - deyə o yazıb.

Diplomat əlavə edib, Amerika tərəfi Səudiyyə Ərəbistanının özü kimi həm də ərəb dövlətinin özünümüdafiə hüququnu dəstəkləyir.

"İran rejiminin təhlükəli davranışı yolverilməzdir", — deyə dövlət katibi qeyd edib.

Son xəbərlər

Orphus sistemi