Yuxarı

Marseldə bıçaqla silahlanmış şəxs insanlara hücum edib

Marseldə bıçaqla silahlanmış şəxs insanlara hücum edib
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 26 avqust. REPORT.AZ/ Fransanın Marsel şəhərində bıçaqla silahlanmış şəxs insanlara hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Provence" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, Marselin mərkəzində baş vermiş hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb. Polis cinayətkarı yaxalayıb və xəstəxananın psixatriya şöbəsinə göndərib. 

Hadisə terror aktı kimi qiymətləndirilmir.

İnsanlara hücum etmiş 35 yaşlı şəxsin Paris əsilli olduğu bildirilir. O, bundan əvvəl də cinayət əməlləri, xüsusən oğurluq törədib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi