Malayziyada qayıq qəzaya uğrayıb, 9 nəfər ölüb, 30 nəfər itkin düşüb

Malayziyada qayıq qəzaya uğrayıb, 9 nəfər ölüb, 30 nəfər itkin düşüb Qayığın qəzaya uğraması səbəblərindən biri onun həddindən çox yüklü olması göstərilir
Digər ölkələr
23 Yanvar , 2017 17:17
Malayziyada qayıq qəzaya uğrayıb, 9 nəfər ölüb, 30 nəfər itkin düşüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Malayziya sahillərində qayığın qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 30 nəfər itkin düşüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə yanvarın 23-də olub.

Məlumata görə, göyərtəsində 40 sərnişin olan qayıq İndoneziyadan Malayziya istiqamətində hərəkət edirmiş.

Ölənlər qonşu Malayziyaya işləməyə gedən İndoneziya vətəndaşlarıdır.

İlkin məlumata görə, qayığın qəzaya uğramasına səbəb onun həddindən çox yüklü olmasıdır.

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə əməliyyatı aparılır.

Son xəbərlər

Orphus sistemi