Fransa prezidenti Emmanuel Makron KİV-in dövlət vəsaitlərini israf etmək üzrə ittihamları fonunda Fransua de Rüjinin istefasından sonra Elizabet Bornu ekologiya naziri təyin edib.
“Report” xəbər verir ki, Born bunadək Fransanın nəqliyyat naziri postunu tuturdu.
"Respublika prezidenti baş nazirin təklifi əsasında Fransua de Rüjinin öz xahişi ilə dövlət naziri, ekoloji keçid və həmrəylik naziri səlahiyyətlərinə xitam verib. O, Elizabet Bornu ekoloji keçid və həmrəylik naziri təyin edib", - deyə kommünikedə bildirilir.