Fransa prezidenti Emmanuel Makron koronavirus təhlükəsinə görə xarici səfərlərini təxirə salıb.
“Report”un yerli bürosu xəbər verir ki, hazırda Fransada ən azı 130 nəfərin koronavirusa yoluxması halı qeydə alınıb. Koronavirusa yoluxanlardan 2-si ölüb, 12-si sağalıb, 9-nun vəziyyəti ağırdır.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra kütləvi tədbirlər, habelə ildə bir dəfə baş tutan minlərlə insanın iştirak etdiyi Beynəlxalq Kitab Sərgisi təxirə salınıb, 5 mindən artıq insanın, virusun ən çox yayıldığı ərazilərdə isə, ümumiyyətlə, insanların toplaşmasına qadağa qoyulub.