Makron G7-yə alternativ tapacaqları ilə hədələyib

Makron G7-yə alternativ tapacaqları ilə hədələyib Bakı. 25 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.
Digər ölkələr
25 Sentyabr , 2018 22:53
Makron G7-yə alternativ tapacaqları ilə hədələyib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında deyib.

"Biz G7-də işləyəcəyik ki, COP21 (Paris İqlim Konfransı) çərçivəsində götürülən öhdəliklər artım istiqamətində yenidən nəzərdən keçirilsin. Əgər üzvlərdən biri davam etmək istəməsə, biz yenə də yeni koalisiyaların, yeni formatların axtarılmasına davam edəcəyik", — deyə Fransa lideri bildirib.

Bundan əlavə, o, birbaşa olaraq ABŞ-ın adını çəkməsə də, Paris sazişinə əməl etməyən iri dövlətlərlə ticarət müqavilələri bağlamamağı təklif edib.

Son xəbərlər

Orphus sistemi