Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib

Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Ştatlarla dialoqa hazırdır.
Digər ölkələr
19 Yanvar , 2020 05:45
Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib

Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Ştatlarla dialoqa hazırdır.

“Report”un məlumatına görə, bu barədə o “The Washington Post”a müsahibəsində bildirib.

"Əgər ABŞ-ın nə qədər böyük olmasından asılı olmayaraq hökumətlər arasında hörmət varsa, əgər dialoq, düzgün informasiya mübadiləsi varsa, əmin olun, biz münasibətlərin yeni tipini yarada bilərik. Münasibətlər, hörmət və dialoq uduşlu vəziyyətə gətirirlər. Qarşıdurma münasibətləri hamıya uğursuz vəziyyət bəxş edir. Bu düsturdur”, - Maduro müsahibəsində bildirib.

Bu halda Venesuela prezidenti Vaşinqtonun onunla birbaşa əlaqə yaradacağı təqdirdə çarpan dəyişikliklər imkanının mövcud olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi