Yuxarı

Macarıstanın futbol millisi baş məşqçisiz qalıb

Macarıstanın futbol millisi baş məşqçisiz qalıb
Komanda DÇ-2018-in təsnifat mərhələsini keçə bilməyib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Macarıstan Futbol İttifaqı öz rəsmi saytında elan edib ki, Bernd Ştork artıq ölkə yığmasının baş məqçisi deyil.

“Report” xəbər verir ki, Macarıstan millisi 2018-ci il dünya çmpionatının təsnifat mərhələsini keçə bilməyib və "B" qrupunda üçüncü yeri tutub.

Alman mütəxəssis yığmaya 2015-ci ildə gətirilib və komandanı Avro-2016-ya çıxarıb. Macarlar həmin çempionatın 1/8 final mərhələsinə qədər gəlməyi bacarıb və burada Belçikaya uduzaraq (0:4) mübarizəni dayandırb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi