Yuxarı

Londonda partlayış olub, 30 nəfər yaralanıb - VİDEO

Londonda partlayış olub, 30 nəfər yaralanıb - VİDEO
© Dailyexpress

Bakı. 3 may. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonun şimalında yerləşən Stemford-Hill rayonunda baş verən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu “Daily Express” yazıb.

Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya var.

Məlumata görə, yəhudilər Laqbaomer milli bayramını qeyd edərkən, tonqala partlayıcı atıblar. Bu zaman partlayış baş verib və nəticədə tonqalın ətrafında olanlar yaralanıblar. 

Digər versiyaya görə, hadisə smartfonun partlaması nəticəsində baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi