Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var

Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var Etirazçılar məşəllər yandırıblar və polisə daş atıblar
Digər ölkələr
26 İyun , 2017 08:45
Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var

Bakı. 26 iyun. REPORT.AZ/ Londonun şərqində bazar günü axşam etirazçılarla polis əməkdaşları arasında baş vermiş toqquşmalarda 6 polis əməkdaşı xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, etirazçılar məşəllər yandırıblar və polisə daş atıblar. Telekanal qeyd edib ki, xəstəxanaya xəsarət almış 4 polis əməkdaşı gətirilib.

Etiraz aksiyalarına 25 yaşlı qaradərili Edir Frederiko Kostanın iyunun 15-də avtomobilinin polis tərəfindən saxlanılmasından sonra baş vermiş ölümü səbəb olub. Belə ki, Kosta saxlanılmasından 6 gün sonra xəstəxanada vəfat edib.

Aksiya iştirakçıları Kostanın vəhşicəsinə döyüldüyünü, onun boynunun sındığını, başında isə xəsarət izləriniun olduğunu bildirirlər. Lakin şikayətlərin qəbulu üzrə müstəqil komissiya bildirib ki, ilkin nəticələr Kostanın onurğa sütunundan xəsarət aldığını göstərmir.

Son xəbərlər

Orphus sistemi