Yuxarı

London Britaniya tankerinin İran tərəfindən saxlanılmasına münasibət bildirib

London Britaniya tankerinin İran tərəfindən saxlanılmasına münasibət bildirib

"İran Hörmüz boğazında iki tanker saxlayıb, onlardan biri Britaniya, digəri isə Liberiya bayrağı altında üzüb".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniya Krallığının Xarici İşlər naziri Ceremi Hant deyib.

"Mən İran hökuməti tərəfindən Hörmüz boğazında iki gəminin saxlanmasından son dərəcə narahatam. Yaxın saatlarda biri Britaniya, digəri isə Liberiya bayrağı altında üzən iki gəminin tez bir zamanda azad edilməsi üçün əlimizdə olan məlumatları və görə biləcəyimiz tədbirləri müzakirə etmək üçün fövqəladə komitənin iclasında iştirak edəcəyəm.

Gəmilərin heyət üzvlərinə bir sıra ölkələrin vətəndaşları daxildir, lakin biz başa düşdüyümüzə görə, onlardan heç birinin göyərtəsində Britaniya vətəndaşı yoxdur", - deyə Hantın bəyanatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi