Liviyada Milli Neft Korporasiyasının binasına hücum nəticəsində 2 nəfər ölüb, onlarla yaralı var - YENİLƏNİB

Liviyada Milli Neft Korporasiyasının binasına hücum nəticəsində 2 nəfər ölüb, onlarla yaralı var - YENİLƏNİB Bakı. 10 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə Milli Neft Korporasiyasının (NOC) binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, onlarla insan yaralanıb.
Digər ölkələr
10 Sentyabr , 2018 16:42
Liviyada Milli Neft Korporasiyasının binasına hücum nəticəsində 2 nəfər ölüb, onlarla yaralı var - YENİLƏNİB
AFP
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə Milli Neft Korporasiyasının (NOC) binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Yaralılarla İşlər İdarəsinin Mətbuat xidmətinin əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qrupları təşkilatın ofisindən iki cəsəd və silahlı hücumda xəsarət alan onlarla yaralı, həmçinin tüstüdən boğulanları çıxarıb. Xəsarət alanlar NOC ofisinə ən yaxın xəstəxanaya çatdırılıblar.


*** 13:20

Bakı. 10 sentyabr. REPORT.AZ/ Liviya paytaxtı Tripolidə Milli Neft Korporasiyasının (NOC) binasına silahlı şəxslər hücum ediblər.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Şahidlər paytaxtda beş partlayış olduğunu və NOC binasının üstünü tüstü basdığını, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə əməliyyat keçirildiyini, o cümlədən binanın ətrafının mühasirəyə alındığını deyiblər.

Hüquq-mühafizə orqanları nümayəndələri hazırda binaya hücum edən silahlıların zərərsizləşdirməyə çalışırlar.

Xəsarət alanların olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi