Bakı. 29 noyabr. REPORT.AZ/ Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində əməliyyat keçiriblər.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Bildirilir ki, əməliyyat nəticəsində Suriyanın oğurlanmış 20-dən çox vətəndaşı azad edilib. Məlumata görə, Baalyul qəsəbəsində - qərbi Bekaadakı fermada girovların olması barədə kəşfiyyat məlumatları alan ordu qüvvələri reyd keçiriblər. Reyd zamanı Suriyanın 27 vərəndaşı azad edilib.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, əməliyyat zamanı insanları oğurlayan 3 Livan vətəndaşı saxlanılıb. Onlar pul əldə etmək məqsədilə suriyalıları oğurlayıblar. Cinayətkarlarda odlu silah və döyüş sursatları aşkarlanıb.