Lavrov: "Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır"

Lavrov: "Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır" Moskva Astanadakı görüşü bu prosesin parametrlərinin işlənib hazırlanmasında mühüm töhfə kimi qiymətləndirir
Digər ölkələr
20 Yanvar , 2017 11:50
Lavrov: Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır

Bakı. 20 yanvar. REPORT.AZ/ Suriya məsələsinin həll olunmasında müsbət irəliləyiş nəzərə çarpır, Astanadakı görüşün isə bu prosesin parametrlərinin işlənib hazırlanmasında mühüm töhfə olacağı gözlənilir.

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ümidvericidir ki, Suriya məsələsində müsbət irəliləyiş nəzərə çarpır. Artıq hamı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında ümummiili dialoqun aparılması yolu ilə siyasi-diplomatik həllin alternativi olmadığı ilə razıdır", - bunu Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin siyasi məsləhətləşmələrin açılış mərasimində deyib.

Lavrov əlavə edib ki, bununla əlaqədar Moskva Astanadakı görüşü bu prosesin parametrlərinin işlənib hazırlanmasında mühüm töhfə kimi qiymətləndirir və bu, fevralın əvvəlində Cenevrədə planlaşdırılan daha geniş tədbirlərdə davam edəcək.  

Son xəbərlər

Orphus sistemi