Lavrov: "Rusiya Aİ-nin parçalanmasında maraqlı deyil"

Lavrov: "Rusiya Aİ-nin parçalanmasında maraqlı deyil" "Biz Aİ-nin zəifləyib parçalanmasında yox, vahid və güclü Aİ-nin olmasında maraqlıyıq"
Digər ölkələr
26 Yanvar , 2016 13:03
Lavrov: Rusiya Aİ-nin parçalanmasında maraqlı deyil

Bakı. 26 yanvar. REPORT.AZ/ "Rəsmi Moskva Avropa İttifaqının parçalanmasında maraqlı deyil".

"Report" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Hazırda təkcə miqrasiya üzrə deyil, bir neçə məsələdə Aİ-nin vahid plan xətti ilə hərəkət etməsinin çətinliyini görürük. Almaniyanın Aİ-nin lokomotivi kimi nə dərəcədə vacib rola malik olduğunu da görürük", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, Almaniya maksimum dərəcədə bütün Aİ ölkələrinin maraqlarını nəzərə almağa çalışır, amma bu, getdikcə daha da çətinləşir.

"Biz Aİ-nin zəifləyib parçalanmasında yox, iqtisadi və digər məsələlərdə əməkdaşlıq etməyin mümkün olduğu vahid və güclü Aİ-nin olmasında maraqlıyıq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi