Latviyada hərbi bazada partlayış olub, ölən və yaralananlar var

Latviyada hərbi bazada partlayış olub, ölən və yaralananlar var Latviyanın Adazi şəhərində yerləşən NATO-nun hərbi bazasında partlayış baş verib, bir nəfər albaniyalı zabit ölüb, bir mayor və bir çavuş yaralanıb.
Digər ölkələr
6 May , 2019 19:36
Latviyada hərbi bazada partlayış olub, ölən və yaralananlar var

Latviyanın Adazi şəhərində yerləşən NATO-nun hərbi bazasında partlayış baş verib, bir nəfər albaniyalı zabit ölüb, bir mayor və bir çavuş yaralanıb.

“Report” AP-yə istinadən xəbər verir ki, Albaniya Baş Qərargah rəisi, briqada generalı Bardhıl Kollçaku təlim zamanı ehtiyatsızlıqdan minanın partladığını qeyd edib.

Yerli KİV xəbər verir ki, hadisə II Dünya müharibəsindən qalan sursatlar daşınarkən baş verib.

Latviya ordusunun komandanı, general-leytenant Leonids Kalnins partlayış nəticəsində xəsarət alan 32 yaşlı baş leytenant Zərifə Həsənayın bir saat sonra öldüyünü, albaniyalı mayorun isə ağır vəziyyətdə Riqadakı xəstəxanaya aparıldığını, üçüncü hərbçinin yüngül xəsarət aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi