KXDR və Cənubi Koreya liderləri iyunun 1-də danışıqlar aparacaq

KXDR və Cənubi Koreya liderləri iyunun 1-də danışıqlar aparacaq Bakı. 27 may. REPORT.AZ/ KXDR lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn iyunun 1-də yüksək səviyyəli danışıqlar keçirməyi razılaşdırıblar.
Digər ölkələr
27 May , 2018 02:06
KXDR və Cənubi Koreya liderləri iyunun 1-də danışıqlar aparacaq

Bakı. 27 may. REPORT.AZ/ KXDR lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn iyunun 1-də yüksək səviyyəli danışıqlar keçirməyi razılaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə Şimali Koreyanın Dövlət Teleqraf Agentliyi ÇTAK iki liderin şənbə günündə baş tutmuş görüşünün nəticələrinə istinadən məlumat yayıb. 

Daha əvvəl Cənubi Koreya prezidentinin administrasiyası Mun Çje İnin Kim Çen Inla Phanmundjo danışıq məntəqəsində görüşməsi barədə məlumat yayıb. Bu iki liderin artıq ikinci görüşüdür. Birinci görüş bu ilin aprelində baş tutub.

"Şimal və Cənubun ali rəhbərləri iyunun 1-də müxtəlif sahələrdə, o cümlədən hərbi və Qırmızı Xaç xətti üzrə yüksək səviyyəli danışıqlar aparmağı və danışıqları sürətləndirməyi razılaşdırıblar", - deyə ÇTAK-ın açıqlamasında deyilir. Həmçinin qeyd edilir ki, liderlər ikitərəfli görüşlərin daha tez-tez keçirilməsi barədə razılığa gəliblər.

Hər iki tərəf aprelin 27-dəki bəyannaməni ən qısa müddətdə reallaşdırmaq niyyətini elan edib. Bundan başqa, Kim Çen In ABŞ-la zirvə toplantısı keçirmək niyyətini qətiyyətlə təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi