Küveytdə koronavirusa yoluxanların sayı 45 mini ötdü

Küveytdə koronavirusa yoluxanların sayı 45 mini ötdü Küveytdə son sutkada 582 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
29 İyun , 2020 17:21
Küveytdə koronavirusa yoluxanların sayı 45 mini ötdü

Küveytdə son sutkada 582 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Küveytin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 45 524 nəfərdir. 350 nəfər virusdan ölüb. Sağalanların sayı isə 36 313 nəfərdir. 

Küveytdə karantin rejimindən adi həyata qayıtmaq prosesi hər biri 3 həftə sürməklə 5 mərhələdən ibarət olacaq. Məhdudiyyətlərin aradan qaldırılması prosesi mayın 31-də başlayıb.

Qeyd edək ki, Küveytin əhalisi 4 588 148 nəfərdir.

Son xəbərlər

Orphus sistemi