​Kuril adaları yaxınlığında və Kamçatkada zəlzələ baş verib

​Kuril adaları yaxınlığında və Kamçatkada zəlzələ baş verib Sunami təhlükəsi elan edilməyib
Digər ölkələr
25 Aprel , 2016 06:39
​Kuril adaları yaxınlığında və Kamçatkada zəlzələ baş verib

Bakı. 25 aprel. REPORT.AZ/ Ötən sutka ərzində Kuril adaları yaxınlığında iki zəlzələ hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ hadisəsi Oxot dənizində, Şimali Kurildə yerli vaxtla saat 17:10-da baş verib. Zəlzələ ocağının dərinliyi 150 kilometr olub.

Beş dəqiqə sonra Sakit okean hövzəsindikinci zəlzələ hadisəsi qeydə alınıb. Zəlzələ ocağı 100 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi elan edilməyib.

Bununla yanaşı, Sakit okeanda, Kamçatda sahillərində də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Petropavlovskdan 370 kilometr məsafədə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi