Kuba mətbuatı sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanlar barədə məlumat yayıb - VİDEO

Kuba mətbuatı sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanlar barədə məlumat yayıb - VİDEO Bakı. 18 may. REPORT.AZ/ Kuba mətbuatı sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xəsarət alanların görüntülərini təqdim edib.
Digər ölkələr
18 May , 2018 22:27
Kuba mətbuatı sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanlar barədə məlumat yayıb - VİDEO

Bakı. 18 may. REPORT.AZ/ Kuba mətbuatı sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xəsarət alanların görüntülərini təqdim edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

"Qranma" qəzeti 3 sərnişinin qəzadan sağ çıxdığını bildirib.

Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel sərnişin təyyarəsinin qəzaya uğradığı yerə gəlib.

Bu barədə isə "Prensa Latina" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. Ölkənin Nəqliyyat Nazirliyindəki mənbənin sözlərinə görə, təyyarənin göyərtəsində 104 nəfər olub.

Təyyarə Havanadan Olqin şəhərinə doğru uçurmuş. 

Son xəbərlər

Orphus sistemi