Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın 2007-ci ildə buraxılmış "Kosmos-2430" kosmik aparatı orbitdən çıxıb və atmosferdə yanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı (NORAD) bildirib.
Onun məlumatına görə, peyk yanvarın 5-də öz orbital mövcudluğunu başa vurub.
Qeyd edilir ki, "Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib.
Daha əvvəl ABŞ-ın Florida ştatında "Falcon 9" raket daşıyıcısı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.