Yuxarı

Koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatdı

​Koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatdı

Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların 1665 nəfəri ölüb, 9419 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb. 

"Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən koronavirusun yeni tipinə yoluxmanın 68 500 təsdiq edilmiş hadisəsi haqqında informasiya aldı. Hazırda 57 416 nəfər (onlardan 11 272 nəfəri ağır vəziyyətdədir - red) xəstədir, 9419 nəfər xəstəxanalardan evə buraxılıb, 1665 nəfər ölüb”, - dövlət komitəsinin xəbərində deyilir.

Honkonqda virusa 56 yoluxma hadisəsi aşkarlanıb. Onlardan 1-i ölüb, 1-i sağalıb, Makaoda 10 yoluxma hadisəsi (onlardan 3-ü artıq xəstəxanalardan evə buraxılıb) aşkarlanıb, Tayvanda 18 nəfər (onlardan 1-i sağalıb) yoluxub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi