Koronavirusa yoluxanların sayı 52 minə çatdı

Koronavirusa yoluxanların sayı 52 minə çatdı Çinin Hubey əyalətində yeni koronavirusa yoluxanların sayının artımı əvvəlki tempə qayıdıb.
Digər ölkələr
14 Fevral , 2020 04:20
Koronavirusa yoluxanların sayı 52 minə çatdı

Çinin Hubey əyalətində yeni koronavirusa yoluxanların sayının artımı əvvəlki tempə qayıdıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Əyalətin regional səhiyyəsinin məlumatına görə, hazırda demək olar, 52 min insan xəstədir.

Əyalətdə bir gün ərzində 116 yeni ölüm hadisəsi qeydə alınıb. Daha əvvəl 1 310 ölüm haqqında bildirilirdi.

Regionda bir gün ərzində xəstələrin sayı 4,8 min nəfərdən 51 986 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi