Konqres Trampın İrana qarşı güc tətbiqi üzrə səlahiyyətlərinin məhdudlaşdırılmasını bəyənib

Konqres Trampın İrana qarşı güc tətbiqi üzrə səlahiyyətlərinin məhdudlaşdırılmasını bəyənib ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın qanunvericilər tərəfindən müvafiq icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.
Digər ölkələr
10 Yanvar , 2020 03:12
Konqres Trampın İrana qarşı güc tətbiqi üzrə səlahiyyətlərinin məhdudlaşdırılmasını bəyənib

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın qanunvericilər tərəfindən müvafiq icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. 

Qeyd edilir ki, iclasın yayımı qanunverici orqanın aşağı palatasının saytında aparılıb.

Qətnamə prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya "Birləşmiş Ştatlara silahlı hücum" olmayınca İrana qarşı və onun ərazisində hərbi hərəkətləri başlamamaq öhdəliyi qoyur.

Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Sənədin yuxarı palata tərəfindən qəbul olunacağı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi