Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb

Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb Konqonun şimal-şərqində son 24 saat ərzində etnik düşmənçilik zəminində baş verən toqquşmalarda 28 nəfər qətlə yetirilib.
Digər ölkələr
20 Sentyabr , 2019 03:15
Konqoda etnik düşmənçilik zəminində 28 nəfər öldürülüb

Konqonun şimal-şərqində son 24 saat ərzində etnik düşmənçilik zəminində baş verən toqquşmalarda 28 nəfər qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Reuters BMT-nin Konqo üzrə sabitləşdirmə missiyasının bəyanatına istinadən verib.

Məlumatda bildirilir ki, toqquşma ölkənin şərqində, İturi vilayətinin kəndlərində baş verib.Bundan əlavə, toqquşmalardan biri missiyanın bu ərazidə yerləşən müvəqqəti bazasının yaxınlığında qeydə alınıb. 

 Qətlə yetirilənlər bu etnik düşmənçilikdən qaçıb canlarını qurtarmaq istəyən dinc sakinlərdir. Qətlə yetirilənlərin içində uşaqlar da var. 

Son xəbərlər

Orphus sistemi