Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb

Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb Yaralananlardan 17 nəfəri polisdir
Digər ölkələr
16 Noyabr , 2016 23:59
Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Kolumbiyada polisə məxsus yük maşınının partladılması nəticəsində ən azı 19 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Kukuta şəhərinin polis komandiri Yesid Aranqo məlumat verib.

Meksikanın "Excelsior" nəşri yazır ki, yaralananlardan 17 nəfəri polis, iki nəfəri isə mülki şəxsdir. Son məlumatlara görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur, onlar hospitala yerləşdiriliblər.

Aranqo qeyd edib ki, hücumda Kolumbiya Milli Azadlıq Ordusu (MAO) üsyançılarının əlinin olduğunu istisna etmək olmaz.

Hökumət partlayışda iştirak edənlər barədə məlumat verənə 16 min ABŞ dolları mükafat vəd edib.

Son xəbərlər

Orphus sistemi