Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu

Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu Kolumbiya hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.
Digər ölkələr
18 Mart , 2020 07:56
Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu

Kolumbiya hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İvan Duke xalqa müraciəti zamanı deyib.

Onun çıxışı "Twitter"də canlı yayımlanıb. 

“Biz, (konstitusiyanın) 215-ci maddəsinə uyğun olaraq, fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlmişik”, - Duke deyib. 

Kolumbiya lideri qeyd edib ki, virusa ən çox yaşlı insanlar həssas olurlar. “Cümə günündən, yəni martın 20-dən mayın 31-nə kimi, yaşı 70-dən çox olan bütün vətəndaşlar üçün məcburi təcrid rejimi tətbiq etməyi qərara aldıq”, - Duke bildirib.

Qeyd edək ki, ölkədə ilk koronavirusa yoluxma faktı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada virus daşıyıcılarının ümumi sayı 75 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi