Yuxarı

Kolumbiya Venesuela ilə sərhədlərini bağlayır

Kolumbiya Venesuela ilə sərhədlərini bağlayır
Bu, ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır

Bakı. 7 mart. REPORT.AZ/ Kolumbiya hökuməti ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq mart ayının 8-dən 11-dək Venesuela ilə sərhədləri bağlamaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kolumbiyanın daxili işlər naziri Gilyermo Rivera deyib.

Kolumbiya ali qanunvericilik orqanına seçkilər martın 11-də keçiriləcək. İki ölkə arasında sərhədlərin uzunluğu 2,22 min km. təşkil edir.

Hazırda Kolumbiya ərazisində 550 mindən çox venesuelalı yaşayır. Fevral ayının birinci yarısında ölkə prezidenti Xuan Manuel Santos sərhədlərdə təhlükəsizlik tədbirlərinin gücləndiriliməsini və qonşu ölkədən kəskin sosial-iqtisadi böhran içində olan gəlmələrin sürətli artımının qarşını almaq üçün xüsusi idarələrarası qrupların yaradılması barədə göstəriş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi