Koalisiya qüvvələrinin hava zərbələri nəticəsində Suriyada 10 dinc sakin ölüb

Koalisiya qüvvələrinin hava zərbələri nəticəsində Suriyada 10 dinc sakin ölüb Onların arasında beş uşaq var
Digər ölkələr
29 İyul , 2017 23:38
Koalisiya qüvvələrinin hava zərbələri nəticəsində Suriyada 10 dinc sakin ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Məyadin şəhərində 10 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Federal xəbər agentliyi" məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında beş uşaq var.

Bundan başqa, qərb koalisiyası Deyr-əz-Zor əyalətinin cənub hissəsində yerləşən Diban və Əl-Tayyani yaşayış məntəqələrinə də bir neçə raket-bomba zərbələri endirib.

Son xəbərlər

Orphus sistemi