Bakı. 25 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, fevralın 27-28-də Hanoidə keçiriləcək ikinci Şimali Koreya – ABŞ zirvə görüşünü hazırlayan dairələrdəki bir mənbə bu məhdudiyyətin martın 2-dək qüvvədə olacağını, fevralın 26-da Kim Çen In xüsusi qatarla müvafiq hazırlıq işlərinin görüldüyü Donqdanq stansiyasına çatandan sonra avtomobilə minidirilərək sürət avtobanı ilə Hanoi şəhərinə yollanacağını diqqətə çatdırıb.
Şimali Koreya lideri, Koreya Əməkçilər Partiyasının sədri Kim Çen In (Kim Jong-un) fevralın 23-də Pyonqyanq şəhəri dəmir yolu stansiyasından xüsusi zirehli qatarla Vyetnama doğru yola düşüb.