Kim Çen Inın səfəri ilə bağlı Vyetnamda təhlükəsizlik tədbirləri görülür

Kim Çen Inın səfəri ilə bağlı Vyetnamda təhlükəsizlik tədbirləri görülür Bakı. 25 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.
Digər ölkələr
25 Fevral , 2019 12:46
Kim Çen Inın səfəri ilə bağlı Vyetnamda təhlükəsizlik tədbirləri görülür
Korean Central TV

Bakı. 25 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, fevralın 27-28-də Hanoidə keçiriləcək ikinci Şimali Koreya – ABŞ zirvə görüşünü hazırlayan dairələrdəki bir mənbə bu məhdudiyyətin martın 2-dək qüvvədə olacağını, fevralın 26-da Kim Çen In xüsusi qatarla  müvafiq hazırlıq işlərinin görüldüyü Donqdanq stansiyasına çatandan sonra avtomobilə minidirilərək sürət avtobanı ilə Hanoi şəhərinə yollanacağını diqqətə çatdırıb.

Şimali Koreya lideri, Koreya Əməkçilər Partiyasının sədri Kim Çen In (Kim Jong-un) fevralın 23-də Pyonqyanq şəhəri dəmir yolu stansiyasından xüsusi zirehli qatarla Vyetnama doğru yola düşüb.

Son xəbərlər

Orphus sistemi