Yuxarı

Kim Çen In Vladimir Putinə qılınc hədiyyə edib - VİDEO

​Kim Çen In Putinə qılınc hədiyyə edib - VİDEO

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə güc rəmzi olan qılınc hədiyyə edib.

"Report" RT telekanalına istinadən xəbər verir ki, Kim Çen In hədiyyəni Vladivostokda baş tutan danışıqlardan sonra V.Putinə verib.

Qeyd olunur ki, KXDR lideri bu qılıncın V.Putini dəstəkləyən Şimali Koreya xalqının gücünü və ruhunu təcəssüm elədiyini söyləyib.

Putin də, öz növbəsində, hədiyyəyə görə təşəkkür edib və Kim Çen Ina sikkə hədiyyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi