Vyanada kilsəyə hücum edilib, yaralılar var

Vyanada kilsəyə hücum edilib, yaralılar var Bakı. 27 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada kilsəyə hücum edilib.
Digər ölkələr
27 Dekabr , 2018 23:40
Vyanada kilsəyə hücum edilib, yaralılar var

Bakı. 27 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada kilsəyə hücum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə 21-ci rayon ərazisində qeydə alınıb.

Məlumata görə, naməlum şəxslər kilsəni qarət ediblər. Hücum zamanı 5 monax xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədənlər ərazidən qaçaraq gizləniblər. Polis cinayətkarların axtarışına başlayıb.

Hüquq-mühafizə orqanları hadisənin terror aktı olmasını istisna ediblər.

Qeyd edək ki, bir neçə ay əvvəl Avstriya parlamentinin binası yaxınlığında polisə hücum edilib. Vyana polisi Avstriya parlamentinin Heldenplats meydanında yerləşən müvəqqəti binasının yaxınlığında patrul çəkən polis əməkdaşına hücum edən şəxsi saxlayıb. 

Son xəbərlər

Orphus sistemi