Yuxarı

KİV: Tramp Reks Tillersonu boyat salatı yeməyə məcbur edib

Trump: Reks, salatı ye

Bakı. 14 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Çində görüş zamanı iştirakçıların xətirinə dəyməmək üçün həmin vaxt dövlət katibi vəzifəsində olan Reks Tillersona köhnəlmiş Sezar salatını yemək göstərişi verib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Wall Street Journal"ın yazdığına görə, hadisə D.Tramp və R.Tillersonun Asiya turu çərçivəsində Çin parlamentində təşkil edilmiş qəbul zamanı baş verib. Salatın yeyilməməsinin çinlilərin xətirinə dəyə biləcəyindən narahat olan Prezident D.Tramp dövlət katibini yeməyə başlamağa çağırıb.

Nəşr Amerika prezidentinin "Reks, salatı ye" sözlərini sitat gətirib.

Qeyd edək ki, dünən Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib və bu vəzifəyə MKİ-nin direktoru Mayk Pompeonun namizədliyini irəli sürüb. Dövlət katibi vəzifəsini müvəqqəti olaraq Jon Sallivan yerinə yetirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi