KİV: Tramp immiqrasiyanı məhdudlaşdıran fərmanlar imzalayacaq

KİV: Tramp immiqrasiyanı məhdudlaşdıran fərmanlar imzalayacaq Sənədlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyində imzalanacaq
Digər ölkələr
25 Yanvar , 2017 09:52
KİV: Tramp immiqrasiyanı məhdudlaşdıran fərmanlar imzalayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yanvarın 25-də immiqrasiyanı məhdudlaşdıran bir sıra fərmanlar imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat verib.

Sənədlərin ABŞ Daxili Təhlükəsizlik Nazirliyində imzalanacağı gözlənilir.

Mənbələr məhdudlaşdırıcı tədbirlər kimi qaçqınların, eləcə də artıq vizası olan İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulacağını göstərir.

Qeyd edək ki, daha əvvəl D.Tramp ABŞ-ın Trans-Sakit okean Tərəfdaşlığından çıxması barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi